Yeni tədris ilinə daha həvəslə hazırlaşan, məktəbin başlamasını səbərsizliklə gösləyən birincilər də bu gün sevincli idilər. Yeni mühit, yeni tanışlıq, ən əsası da əldə ediləcək biliklər onların həyatında əsaslı dəyişiklik yaradacaq. Əməkdaşımız Elnur Rzayev dəyişikliyə parta arxasında oturmaqdan başlayan balacaların ilk dərs gününə şahidlik edib, izləyək.
Ömər Rzazadə - şagird: Mən bu gün birinci sinfə gedirəm. Çox sevinirəm. Söz verirəm ki, dərslərimi yaxşı oxuyacam.
13 saylı məktəbin birincisi olan Ömər bu il şəhər üzrə birinci sinifə gedən 4300-dən artıq şagirddən biridir. O da digər sinif yoldaşları kimi ilk gün parta arxasında oturub müəlliməsinin arzularını eləcə də onlara tövsiyyə və tapşırıqlarını dinləyir. Məktəbə yeni qədəm qoyan birincilər isə müəllimlərinə söz verirlər.
İlk günün sevinci və həyacanı tək birincilərin deyil, onların valideynlərinin də üzündə hiss edilirdi.
Aygün Məmmədova - valideyn: Dərs ilinin başlamı münasibəti ilə bütün valideynləri təbrik edirəm. Bütün şagirdlərə uğurlar arzu edirəm.
Sevil Bayramova - valideyn: Mənim də nəvəm məktəbə gedir. Oxuduğu illəri mənalı, aldıqları təhsili yüksək nəticəli gözləyirəm”.))
Yeni tədris ilində birinciləri qəbul edib, onlara təhsil verəcək pedaqoqlar isə vətən, xalq üçün savadlı vətəndaş böyüdəcəklərinə diqqət çəkir.
Aygün Rzayeva - müəllim: Bol-bol bilik arzu edirəm. Arzum budur ki, vətəninə, xalqına xeyirli övlad kimi böyüsünlər, vətənpərvər olsunlar. Hər birinin adı uca zirvələrdən gəlsin.
Nigar Əliyeva - müəllim: Təbrik edirəm. Uşaqlarımıza uğurlar arzu edirəm. Bu yolda möhkəm addımlarla addımlamağı arzu edirəmş
Tünzalə Xəliova - müəllim: Arzu edirəm ki, mənim bu sinfimdə 2030-cu ildə ali məktəblərə qəbul olsunlar.
Bu gündən birincilər üçün 5 günlük məktəb həyatı və ilkin biliklərə yiyələnmək başlayır. Qədəmləri möhkəm, zehnləri açıq olsun.
- Baxış: 369