Göygölün ucqar dağ kəndləri soyuq qış aylarında elektrik enerjisi baxımından çətinlik çəkməyəcək. Göygöl Elektrik Şəbəkəsi tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədi ilə rayon mərkəzində uzaqda yerləşən yaşayış məntəqələrində istismara yararsız naqillər və dirəklər yenisi ilə əvəzlənib. Həmçinin dağ kəndlərinə gedən 0,4 kilovoltluq açıq naqillərlə olan şəbəkələr kabellərlə dəyişdirilir. Son bir il ərzində rayonun dağ kəndlərinin 40 faizinin daxili xətləri sipləşdirilib. Bu da sərt hava şəraitində açılmaların sayını nəzərə çarpacaq qədər azaldır. Hazırda rayonun Qızılca və Üçtəpə kəndlərinin 0,4 və 10 kilovoltluq xətlərinin kabelləşdirilməsi, eləcə də dirəklərin yenilənməsi istiqamətində işlər aparılır. İlin sonuna kimi rayonun daha 5 kəndində elektrik enejisinin keyfiyyətli və dayanıqlı təminatə üçün işlərə başlanılacaq.
Elman Priverdiyev -Göygöl Elektrik Şəbəkəsinin aparıcı mühəndisi: İlin sonuna qədər Hacıməlik kəndində işlərin görülməsi nəzərdə tutulub. Bundan başqa dağ kəndlərində, Göyçə kənddə, Yeni Zod kəndində, Çaykənd və Quşçu kəndlərində kabelləşdirmə və metal dayaqların qoyulması nəzərdə tutulub.
- Baxış: 428