KepezTV Player
Azərbaycan Cüdo Federasiyası Göygöldə regionlardan olan idmançılar üçün təlim-məşq toplanışı keçirir. Yerli Olimpiya İdman Kompleksində 1 həftə davam edəcək hazırlıqda yeniyetmə və gənc cüdoçular iştirak edir. Məşqlər təcrübəli cüdo ustadları Tərlan Poladov və Musa İsmayılov tərəfindən keçirilir. 250-yə yaxın tatami ustasının qatıldığı toplanışda Naxçıvandan başqa ölkənin bütün bölgələrini təmsil edən idmançılar təlimlərə qoşulub. Artıq ənənə halını bu cür toplanışlar yeni mövsüm öncəsi yarışlara hazırlıq xarakteri daşıyır.
Orxan Cəfərzadə
- Baxış: 650