• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 05.09.2019 16:18

Gəncədə müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

KepezTV Player

Gəncə, Göygöl və Kəlbəcər müəllimləri ötən dərs ilinin nəticələrini və yeni tədris ilinə hazırlığı müzakirə ediblər. Buraxılış imtahanlarının nəticələrinin yüksək, beynəlxalq olimpiadalarda qazanılan nəaliyyətlərin ürəkaçan olduğu vurğulanan tədbirdə qabaqcıl təcrübələrin tətbiqinin əhəmiyyətinə toxunulub. Müəllimlərin əmək haqqlarında artım və təmin edilən şəffaflıq müəllim olmaq istiyənlərin sayında artıma səbəb olub. Konfransda son dövrlər təhsilin keyfiyyətinin, eləcə də  məktəbəqədər hazırlıq qruplarının əhatəliyinin artırılmasının nazirlik üçün praritet istiqamətlərdən olduğu da vurğulanıb. Yeni tədris ilində tətbiq olunan yeniliklərdən danışılaraq,respublikanın 20 orta məktəbində pilot layihə olaraq 10-11-ci sinif şagirdləri üçün peşə siniflərinin artırılması haqqında məlumat verilib. Yeni layihələr təhsil işçilərinin diqqətinə çatdırılıb.

Emin Əmirullayev Təhsil Nazirliyinin şöbə müdiri:Bu ilin ən yeni layihələrindən biri də Sistem deyilən müxtəlif təbiət elmləri, riyaziyyat və mühəndisliyin qarşılıqlı interaktiv şəkildə tədrisi məktəblərdə tədris edilir. Bunun ən bariz nümunəsi robot işinin məktəbə pilot layihə olaraq gətirilməsidir.Gəncədə ötən ildən başlayıb bu ildə daha əhatə başlayıb rəqəmsal bacarıqlar layihəsinin əhatəliyi genişləndirilir.Biz bu iki layihə ilə birlikdə təxminən birində 90 minə qədər şagirdin, digərində isə 6 minə qədər şagirdi əhatə etməyi düşünürük.