KepezTV Player
Azərbaycanda yetişdirilən kartofun bu il 8 ölkəyə ixracı həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bununla yanaşı, bu il Azərbaycan bir sıra ölkələrdən məhsulun idxalını da həyata keçirib. Kartof ixracı və idxalı ilə bağlı ölkə üzrə statistika mövsümdən asılı olaraq dəyişir. Ölkədə əkilən kartofa gəlincə isə, əsasən yerli toxumdan istifadə edilir. Azərbaycanda bitkinin orta tez yetişən “Nevski”, “Oqanyol”, “Laymdots”, “Əmiri-600”, “Sevinc” sortları yetişdirilir. Bütün bölgələrdə il ərzində bir neçə dəfə yetişdirilən kartof daha çox Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında becərilir və yüksək məhsul verir.
- Baxış: 348