Təhsil Nazirliyin təşəbbüsü ilə 2019-2020-ci tədris ili üçün Gəncədə də fizika, riyaziyyat, informatika və kimya-biologiya təmayüllü lisey sinifləri təşkil olunacaq. Məqsəd istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün onlara lazımi şəraitin yaradılmasıdır. Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Liseylərdə oxumaq istəyən şagirdlər üçün sentyabrın 10-da seçim imtahanı keçiriləcək. İmtahanarda uğur əldə edən şagirdlər liseydə oxumaq hüququ qazanacaqlar. Eyni zamanda son iki ildə nazirlik tərəfindən keçirilən Respublika fənn müsabiqələrində yüksək nəticə göstərənlər müsabiqəsiz qəbul imkanı qazanacaqlar. Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər isə sentyabrın 6-na kimi təhsil aldıqları məktəbdə qeydiyyatdan keçməlidirlər. İmtahanlar riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq. Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.
Rəşad Qədirov layihənin koordinatoru:Yeni yaradılan liseydə kimya, biologiya, fizika, riyaziyyat və informatika fənləri daha üstünlük təşkil edəcək. Ancaq ümumi olaraq bütün fəmlər normal, məktəbdə keçirilən tədris proqramı üzrə yerinə yetiriləcək. Əlavə olaraq dediyim fənlər kimya biologiya fizika, riyaziyyat və informatikadan dərs saatları daha çox olacaq. Beynəlxalq olimpiyadaya və respublika fən olimpiyadasına hazırlıq məqsədi ilə daha səmərəli istifadə olunacaq.
- Baxış: 559