Gələn ay Qazaxıstanda güləş üzrə dünya çempionatı keçiriləcək. Yarışda iştirak edəcək yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komanda hazırlıqlarını Göygöldə davam etdirir. Yerli Olimpiya İdman kompleksində məşq edən yığmamızın təlim-məşq toplanışında 30 pəhləvan iştirak edir. Əsas heyətin üzvləri ilə yanaşı gənc güləşçilər də hazırlığa dəvət edilib. Bu dəfə millimiz həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində işləyirlər. Toplanışda əsas diqqət mundiala yönəlib. Dünya çempionatı öncəsi son hazırlığını keçən komandamız yarışda uğurla nəticəyə imza atmaq arzusundadı.
Yunan-Roma güləşçilərimiz bundan öncə də nüfuzlu turnirlərə və Avropa oyunlarına əsasən Göygöldə hazırlaşıb. Bu toplanışdan sonra Bakıda da bir neçə gün məşq edəcək millimiz daha sonra dünya çempionatına yollanacaq.
- Baxış: 659