• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 27.08.2019 20:32

Yaşıl İqlim Fondu ilə əməkdaşlıq Azərbaycana nə vəd edir?

KepezTV Player

İqlim dəyişmələrinin qarşısını almaq üçün inkişaf etmiş ölkələrlə yanaşı inkişaf etməkdə olan ölkələrin də dəstəyi vacibdir. Bununla bağlı BMT tərəfindən Yaşıl İqlim Fondu yaradılıb. Fondun Azərbaycanda da fəaliyyətinin genişləndirilməsi üçün maarifləndirmə işləri aparılır.

Yaşıl İqlim fondu ölkələrə böyük ekoloji layihələr həyata keçirmək üçün köməklik edir. Ötən ilin fevral ayında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nüməyəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Yaşıl İlqim Fondu ilə Əməkdaşlığa hazılıq” layihəsini icra etməyə başlayıb. Layihənin məqsədi Fond ilə əlaqələrin genişləndirilməsidir. Bunun üçün bütün maraqlı tərəflər, o cümlədən özəl sektoru ölkədəki iqlim siyasətinin həyata keçirilməsinə cəlb etmək üçün seminarlar təşkil edilir. Gəncədə baş tutan növbəti tədbirdə mütəxəssilərlə yanaşı qərb bölgəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib. Gələcəkdə Yaşıl İqlim Fondu üçün potensial layihələrin hazırlanması məqsədilə fondun imkanları onlara izah edilib.

Çingiz Məmmədov BMT-nin İnkişaf Proqramının ekologiya sahəsi üzrə koordinatoru: “Fondun imkanları çox böyükdür. Onlar təkcə qrant vermirlər, aşağı faizli kreditlər də verirlər. Bank zəmanəti də verirlər. Kimsə hansısa layihəni həyata keçirir. Amma layihə risklidir. Onlar bununda üzərinə götüə bilirlər. Böyük müəssiələr hansısa fəaliyyət göstərmək istəyirlər, yeni müəssisə qururlar, yeni tenxologiya gətirirlər. Onsuz da bu vəsait sərf olunur. Yaşıl İqlim Fondu deyir ki, sizə əlavə vəsait verə bilərəm. Siz fəaliyyətinizi iqlim dəyişmələri üçün daha müsbət istiqamətə dəyişin”.

Fond gender məsələlərində də çox həsassdır. Belə ki, fondla əməkdaşlıq etmək istəyən benefisiar təşkilatların hər biri bu nüansa diqqət etməlidir.

Xalisə Şahverdiyeva BMT-nin İnkişaf Proqramının gender məsələləri üzrə eksperti: “Fond hesab edir ki, iqlim dəyişmələri ilə bağlı qadınların iştirakı çox önəmlidir. O baxımdan ki, əhalinin yarı faizi əksər ölkələrdə qadınalrdan ibarətdir. Həm xüsusi adaptasiya layihələrində qadınalrın iş yükü, istər ailədə, istərsə də çalışdığı sahələr üzrə olsun iş yükü olduğu üçün iqlim dəyişmələrinə daha tez məruz qalırlar. İqlim dəyişmələri kişilərlə müqayisədə qadınlara daha tez və fərqli təsir etdiyi üçün qadınalrın da iştirakə çox önəmlidir”.

Maliyyə dəstəyi almaq üçün yalnız akkreditasiyadan keçmiş təsisatlar Yaşıl iqlim fonduna müraciət edə bilərlər. Akkreditiyanın müddəti isə 5 ildir.