Azərbaycan Prezidentinin “Aqrar sığorta haqqında” qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanına əsasən yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq. Mütəxəssislər sistemin təsərrüfat sahiblərində sığortaya inamın bərpasında mühum rol oynayacağını bildirirlər. Həmçinin banklar da riskləri sığortalandıqları üçün fermerlərə rahatlıqla kredit verə biləcəklər.
Dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Sistem sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Şirkətlərin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir aidiyyəti hadisə baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Aqrar sığortanın mühüm şərtlərindən biri də budur ki, aqrar sığorta sahəsində riskləri aşağı salmaq üçün mütləq ayrıca fond yaradılmalıdır. Tel.bağlantısı Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “Bu nöqteyi nəzərdən Azərbaycanda aqrar sığorta sisteminin qurulması baxımındna bu həll edici məqamlardan biri idi. Ona görə sığorta fondunun yaradılması Azərbaycanda kənd təsərrüfatı sistemində aqrar sığortanın qurulmasının əsas institutsional məsələlərindən birinin həll olunması deməkdir. Fondun əhəmiyyətli tərəfi bundadır. Çünki fermerlər özünün sığortasını həyata keçirmək üçün sığorta şirkətlərinin risklərini də bir növ sığortalamağa ehtiyac var. Kənd təsərrüfatı sahəsi riskli olduğundan sığortaçıların da sığortalanmasına ehtiyac yaranır”.
Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-in artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərəcək. Bu da kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə şərait yaradacaq. Tel.bağlantısı Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru “Fermerlərin maraqları nöqteyi nəzərdən bu sığorta sistemi yaradılır. Burada fermelrəin xüsuilə iki istiqamətdə faydaları olacaq. Birincisi özlərindın asılı olmadan səbədən məhsul itikisi vaxtı sığorta kompensasiyası olacaq. Eyni zamanda risklıərin sığorta sistemi qurulduğuna görə artıq onlar kreditorlar üçün də cəlbedici olacaq. Yəni artıq banklar da fermerlərə daha rahatlıqla kredit verıə biləcəklər. Çünki görəcəklər ki, fermerləin sığortalanma sistemləri mövcuddur. Riskləri sığortalanır. Məhsul itkilərini miniumum şərtlərlə başa vuracaqlar”.
Əvvəlki qanunda dövlət dəstəyi ümumi müddəa olaraq nəzərdə tutulmuşdu. Yeni mexanizmdə dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq.
- Baxış: 397