• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 20.08.2019 20:40

İldə bir dəfə göz müayinəsindən keçmək lazımdır

KepezTV Player

Son illərə olan statistik məlumatlara əsasən göz xəstəlikləri ilə bağlı bütün yaş qruplarında həkimlərə müraciət edənlərin sayı artıb. Gözlə bağlı müxtəlif xəstəliklərdə cavanlaşma hiss olunmaqdadır. Belə ki, əvvəllər göz xəstəlikləri daha çox yaşlı insanlarda  əmələ gəlirdisə,  hazırda  yeniyetmə və gənclər, hətta daha kiçikyaşlı uşaqlar arasında da yayılmağa başlayıb. Bəs görəsən, ən vacib duyğu orqanımız olan, bizi ətraf  mühitlə  bağlayan, bütövlükdə dünyanı görməyə imkan verən gözlərimizin qayğısına düzgün qala bilirikmi?