KepezTV Player
Gəncə sakinləri “açıq mikrofon” şəraitində davam edən növbəti səyyar qəbulda öz problemlərini dilə gətirib, təkliflərini səsləndiriliblər. Müraciətlər arasında işlə təminat, fərdi evin təmiri, sənədsiz evlərin rəsmiləşdirilməsi kimi məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini fərdi formada dinləyən icra başçısı Niyazi Bayramov, səsləndirilən bir çox məsələlərin yerindəcə həlli barədə konkret tapşırıqlar verib. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırılıb. Görüşdə şəhərdə binaların dam örtüyünün dəyişdirildiyi, su-kanalizasiya sisteminin yenilənməsi işinin davam etdirildiyi, çoxmərtəbəli binalarda liftlərin təzələndiyi, yollarda bərpa işlərinin aparıldığı da vurğulanıb.
- Baxış: 534