• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 19.08.2019 19:45

Gəncədə yeni idman zalı istifadəyə verilib

KepezTV Player

İdmanın hərtərəfli inkişafına təkan verən bir neçə amil var. Əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün lazımı şərait yaradılmalıdır. Uğura aparan yol məhz bundan keçir.

Gəncədə də bu istiqamətdə dövlət dəstəyi ilə yanaşı, daxili imkanlar hesabına da işlər görülür. Belə ki, şəhərdə yeni güləş zalı istifadəyə verilib. Zal 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin nəzdində fəaliyyətə başlayıb. Gəncənin idman ictimaiyyətinin bir araya gəldiyi açılış mərasimində bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaradılmasının vacibliyindən danışılıb.  Bu istiqamətində aparılan işlərin ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirdiyi və idmanın kütləviliyini təmin olunduğu vurğulanıb.

Gəncəni güləşçilər şəhəri, Azərbaycan güləşinin beşiyi adlandıran natiqlər yaradılan şərait fonunda pəhləvanların məşqçiləri və azarkeşləri böyük qələbələrlə sevindirəcəklərinə inamlarını ifadə ediblər.

Zalda məşq qruplarında yer alan idmançılar güləşin hər 3 növü ilə növbəli şəkildə məşğul ola biləcəklər. 

 

Azad Rəfi