• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 16.08.2019 17:33

Abituriyentlər tələbə adını rəsmiləşdirir

KepezTV Player

Yeni tədris ili üçün Gəncənin 3 ali məktəbinə ümumilikdə 3715 nəfər qəbul olub. Ötən gündən başlayaraq tələbə adını qazanan abutiriyentlərin qeydiyyatı aparılır. Hər bir umiverstetdə sənədlərin qeydiyyata alınması üçün ayrılan xüsusi otaqlarda elektron formada həyata keçirilir.
 

Mövlan İsmayılov - tələbə: Gəncə şəhərində yaşayıram, 10 nömrəli məktəbin məzunuyam. Ali məktəblərə qəbul imtahanlarında 565 balla Azərbayacn Dövlət Aqarar Universtetinin iqtisadiyyat fakültəsinin tədris ingilis dilin də dövlət sifarişinə qəbul olmuşam. Ən çox istədiyim fakültəyə qəbul olduğum üçün çox sevincliyəm. Qeydiyyatdan keçdim.

Respublikada aqrar sahə üzrə yeganə ali təhsil verən Azərbaycan Dövlət Aqrar Universtetinə yeni tədris ili üçün 1-ci mərhələdə 1485 plan yerinə 1325 nəfər qəbul olub. Tələbə adını qazananlardan 915 nəfəri dövlət sifarişli kənd təsərrüfatı ixtisaslarını seçib. Ali məktəbdə 6 fakültə üzrə 30 ixtisasa qəbul olan tələbələrin qeydiyyatı üçün sənəd qəbulu komissiyasında 9 komputer quraşdırılıb. Yeni tədris ili üçün universtetdə birinci qrupda elektroenergetika ixtisası da açılıb. Artıq qəbul olunanlardan 164 nəfəri sənəd qəbulu komissiyasında qeydiyyatdan keçib.

Telman Musayev - ADAU-nun sənəd qəbulu üzrə məsul şəxsi: Universtetin rəhbərliyi tərəfindən belə bir göstəriş verilib ki, bütün günləri biz sənəd qəbulları edəcəyik. Sənəd qəbulu üçün bütün şərait yaradılıb. Texniki imkanlar yüksək səviyyədədir. İnsanların qəbul edilməsi, onların yola salınması yüksək səviyyədədir. Dünən bizim 164 nəfərdən 2 nəfər 500 baldan yuxarı, 4 nəfər isə 400 baldan yığmış abutiriyentlər qydiyyatdan keçdilər.

Bu il Gəncə Dövlət Universtetində humanitar və təbiət fənləri üzrə bütün ixtisaslara tələbə qəbul olub. 8 fakültə, 40 ixtisas üzrə abutiriyentlərə 1700 boş plan yeri verilib ki, bunlardan da 1570-i dolub. Ali məktəbdə təlabata uyğun olaraq yeni tədris ilində menecment ixtisası da açılıb.

Teymur İsmayılov - GDU-nun sənəd qəbulu üzrə məsul şəxsi: Komputerimiz hamısı var. İşçilərimiz hamısı uzun müddətdir ki, bu sahədə çalışanlardı. Heç kim burdan narazı getmir. Hamı razı yola salınır. Əgər sənəd çatışmırsa valideyni çağırırıq ona deyirik sənəd düzəldilir, günün ikinci yarısı və ya sbah sənədləri gətirib verirlər.

Respublikada mühəndislik sahəsi üzrə fəaliyyət göstərən Azərbayacn Texnalogiya Universtetindən bu il Təhsil Nazirliyinə 4 fakültə və 21 ixtisas üzrə 980 plan yeri təqdim edilib. Qəbul imtanında həmin yerlərdən 820-nəfər qəbul aparılıb. Tələbələrin qeydiyyatı üçün 2 otaqda 5 komputer quraşdırılıb.

Hamlet Kəsəmənli - ATU-nun sənəd qəbulu üzrə məsul şəxsi: Atestatın əsli tələb olunur. 6 ədəd 3-4 sm foto şəkil, şəxsiyyət vəsiqəsinin sürəti, oğlanlar üçün hərbi mükəlləviyyət haqqında sənədin sürəti və kim ödənişli ixtisasa qəbul olubsa, ödəniş çekinin sürətini təqdim etməlidirlər. İlk gündə 53 nəfər qeydiyyatdan keçib. Bu gün isə 33 nəfər qeydiyyatdan keçib. Tələbələrin qeydiyyatının aktivliyi müşahidə olunur.

2019-2020-ci tədris ili üçün birinci turda tələbə adını qazanan abutiriyetlərin qeydiyyatı avqustun 27-nə kimi davam edəcək. Həmin müddətdə qeydiyyatdan keçməmək abutiriyentin universtetdə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək.

 

Elnur Vahidoğlu