KepezTV Player
“Kəpəz” yeni mövsümlə bağlı hazırlığı davam etdirir. Komanda təlim-məşq toplanışının ilk hissəsini Gəncə şəhər stadionunda keçirib.
Bir həftəlik toplanışın yekununda məşqçilər korpusu futbolçuları ikitərəfli oyunda sınaqdan keçirib. Oyunçular iki yerə bölünərək şərti olaraq “qırmızı” və “yaşıl” komandalara ayrılıblar. Fasilə müddətində və oyundan sonra baş məşqçi Yaşar Vahabzadə yetirmələrinə müvafiq tapşırıqlarını verib.
“Sarı-göylər” hazırlığın ikinci mərhələsi üçün Bakıya yollanıb. Komanda bu gündən paytaxtda məşqlərə başlayacaq. Gəncə klubu hazırlığı “Dalğa Arena”da keçirəcək.
Bakı toplanışında məşqçiləri yeni futbolçuları da sınaqdan keçirəcək.
“Kəpəz” avqustun 20-nə kimi Bakıda qalacaq.
Azad Rəfi
- Baxış: 635