KepezTV Player
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar diri heyvanların satışı və kəsimi aparılan yerlərdə dezinfeksiya tədbirləri həyata keçiriləcək. Məqsəd təbii ki, ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsidir. Dezinfeksiya işləri ödənişsiz olaraq aparılacaq. Fərdi şəkildə müraciətlər edilən təqdirdə isə qanunvericiliyin tələblərinə uyğun dövlət rüsumu tətbiq olunacaq. Proses zamanı kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpiləcək, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə ediləcək.
- Baxış: 249