• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 07.08.2019 16:30

Şəmkirdə uşaq bağçalarının kefiyyətli ərzaqla təchizatı diqqət mərkəzindədir

KepezTV Player

Şəmkir rayonunda gələcək nəslin sağlam böyüməsi və düzgün qıdalanması üçün uşaq bağçası körpələr evlərinin maddi texniki bazası xeyli yaxşılaşdırılıb. Tərbiyyə müəssisələrinin ərzaq təchzatı və həmin məhsulların gündəlik istifadəsinə ciddi nəzarət olunur. Əməkdaşlarımız rayonda fəaliyyət göstərən bir neçə körpələr evi uşaq bağçasında mövcud vəziyyətlə tanış olub.

Son illər ərzində Şəmkir rayonunda 8 körpələr evi uşaq bağçasının binası günün tələbləri səviyyəsində yenidən qurulub. Əsaslı təmir olunan bütün tərbiyyə müəssisələri ən müasir inventar və avadanlıqlarla təchiz olunub. Yaradılan şərait rayonda fəaliyyət göstərən tərbiyyə müəssisələrinə müraciətlərin sayını artırıb. Şəmkir şəhər 3 saylı körəpələr evi uşaq bağçasında da əvvəlki illərlə müqayisədə uşaqların sayı xeyli artıb və ərzaq təminatı yaxşılaşıb.  

Gülçin Muradova - 3 saylı körpələr evi-uşaq bağçasının müdiri: Son illər bağçamızın ərzaq təminatı xeyli yaxşılaşıb. Bundan bağçaya gələn  uşaqlarda onların valideynləri də çox razılıq edir. Uşaqların gündəlik qida rasionun cədvəli tutulur. Həmin cədvəllə valideynlər həm internet vasitəsi ilə həm də bağçamızın girişində ki, lövhədə tanış ola bilirlər. Bağçamızda çox yüksək şərait yaradılıb. Buda həm bizə həm də müəllimlərlə əlavə stmul verir ki körpələrin qayğısına daha yaxşı qalaq.

Rayonda fəaliyyət göstərən 52 tərbiyyə müəssisəsinin ərzaqla təminatı üçün ötən il dövlət büdcəsindən 1 milyon 631 min 883 manat vəsait ayrılmışdırsa bu il bu rəqəm bir qədər artırılaraq 2 milyon 327 min manata çatdırılıb.  Hazırda Şəmkirin uşaq bağçalarına 57 çeşiddə müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları verilir.

Davud Süleymanov - Şəmkir Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: Bu sahədə görülən işləri tərkib hissəsi olaraq 52 məktəbəqədər tərbiyyə məüssisəsinin hər biri soyuducularla təmin olunmuş, ərzaqın saxlanılması ərzaqın doğru-dürüst çatdırılması, uşaqlar arasında qida normalarına uyğun olaraq bölünməsi məsələsini daim diqqət mərkəzaində saxlamaq üçün Şəmkir rayon  İcra Hakimiyyətinin başçısı müvafiq sərəncamı ilə icra hakimiyyətində mərkəzləşmiş elektron sistem yaradılıb. Həmin elektron sistem bizə imkan yaradır ki biz heç bir yerə ayrılmadan 52 bağçanın hər biri haqqında məlumatı gündəlik olaraq diqqət mərkəzində saxlaya bilək.

Rayonda bağçaların ərzaqla təchizatı və uşaqların kefiyyətli məhsullarla qidalanması valideynlərin də ürəyincədir. Onlar da mütəmadi olaraq mövcud vəziyyətlə  yerində tanış olur və uşaqların qida rasionu ilə maraqlanırlar.

Leyla Quliyeva – valideyn: Uşaqlar çox gözəl çox sağlam qidlarla qidalanırlar. Çox kefiyyətlidir. Gunortada gəlib baş çəkirəm. Uşaqlar hamısı inanın evə gedəndə yemək yeyirlər.

Şəmkirin uşaq bağçalarında 2770 uşaq tərbiyyə alır. Bu il rayonda 3 bağça binasının yenilənməsi nəzərdə tutulub.

Natiq Hüseyn