Meşəlik ərazilərdə fəaliyyət göstərən sahibkar və iş adamları Göygöldə təşkil olunan marifləndirici tədbirdə bir araya gəliblər. Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin birgə təşkil etdiyi tədbirdə Hacıkənd və Göygöl meşəliyi ərazisində ictimai iaşə xidməti göstərən sahibkarlarla, fəaliyyət göstərdikləri ərazilərdə ekoloji tələb və normalara riyayət olunması, ərazidən məişət tullantılarının vaxtlı-vaxtında daşınması, eləcə də meşə təsərrüfatının qorunması ilə bağlı söhbət aparılıb, müəyyən göstərişlər verilib. Eləcə də müqavilə müddəti başa çatan sahibkarlara ciddi xəbərdarlıqlar olunub və belə obyektlərin fəaliyyətinin dərhal dayandırılacağı diqqətə çatdırılıb. Görüşdə o da bildirilib ki, 10 saylı Regional Təbii Sərvətlər İdarəsi və Regional Meşə Mühafizəsi İdarəsi tərəfindən Hacıkənd və Göygöl meşələrində iməcilik təşkil edilib.<br>Meşə ərazisində fəaliyyət göstərən 35-ə yaxın restoran sahibinə xəbərdarlıq olunub. Məişət tullantılarının meşə massivlərinə yox, nəzərdə tutulan yerlərə atılmasının vacibliyi vurğulanıb.
- Baxış: 376