Hazırda Goranboyda 87 yaşayış məntəqəsi üzrə 22 min 713 abonent qazdan istifadə edir. 2019-cu ildə rayonun 6 kəndində 417 abonentin mavi yancaqla təchizatı nəzərdə tutulub. İşlərin icrası tam başa çatdıqdan sonra rayon üzrə qazlaşma 98 faizə çatacaq. Qarapirimli və Gülməmmədli kəndlərində bu istiqamətdə işlər tam başa çatıb. Kürəkçay, Xasadərili, Qırıqlı və Goran yaşayış məntəqələrində mənzillər bir pilləli sistem üzrə qazlaşdırılır. Mənzil daxili, paylayıcı və daşıyıcı qaz xəttləri çəkilir. Bu ilin oktyabrında sözügedən yaşayış məntəqəsinə mavi yanacağın verilməsi planlaşdırılır.
Ceyhun Səfərov - “Azəriqaz” İB-nin şöbə rəisi: Onuda nəzərə alsaq ki Goranboy cəbhəyanı ərazidə yerləşən rayonlardandır. Buna xüsusi diqqət ayırırıq. Çünki bu bizim üçün proritetdir. Cəbhəyanı zonada yaşayan insanların qazla təminatı gündəlik məişət şəraitinin yaxşılaşdıırlması Azəriqaz İstehsalat Birliyinin diqqət mərkəzində olan məsələlərdəndir. İnanırıq ki burada işlər öz qaydasında gedəcək. Harada ki tamamlanma mərhələsidir onlarda iş öz axarı ilə gedəcək və ilin sonunadək Goranboyun bu sakinləri də qazla təmin olunacaqlar.
Natiq Hüseyn
- Baxış: 529