• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 03.08.2019 13:14

Yuxarı sinif şagirdləri təlimlərə cəlb edilir

KepezTV Player

Göygöl rayonunda “İstedadlı şagirdlərin liderlik akademiyası” layihəsinin açılışı olub. Layihənin məqsədi rayonun 9, 10 və 11-ci siniflərdə təhsil alan istedadlı şagirdlərin bir araya gətirilməsi, onların bacarıqlarının, yaradıcılıq qabiliyyətlərinin, potensial imkanlarını aşkar edib inkişaf etdirməkdir. Həmçinin istedadlı şagirdlərdə şəxsi bacarıqlar olan natiqlik, özünü təqdim etmə, komanda işi, komanda quruculuğu inkişafına təkan vermək və özünü kəşfə dəstək olmaqdır. Layihə çərivəsində Göygöl rayonunda fəaliyyət göstərən 50 orta məktəb şagirdləri arasında 30 istedadlı və bacarıqlı şagirdln seçilərək interraktiv təlimlər vastəsi ilə onların fəallığı artırılacaq. Seçilmiş uşaqlara 3 gün müddətinə Daşkəsən rayonda Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimləri tərəfindən təlimlər keçiləcək. Layihə noyabrın sonunda başa çatacaq.

Sevinc Ələkbərova - Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru: Yaxşı təhsil almış intelekt səviyyəsi və dünya görüşü geniş olan, liderlik qabiliyyəti yüksək olan və yaradıcılıq qabiliyyəti inkişaf etmiş şagirdlərin bu gün bizim gələcyimiz üçün dayanaqlı inkişaf üçün bir suğortadır. Bu istedadlı şagirdlərin liderlik akademiyyasında əsas məqsəd şagirdlərimizin hər tərəfli inkişafına şərait yaratmaq, onların yaradıcılıq qabiliyyətlərini aşkar etmək, inkişaf etdirmək və eyni zamanda özlərinin kəşf etdirilməsi üçün bir şəraitin yaradılmasıdır.

Rəşad Zülfüqarov - layihənin rəhbəri: Bu layihə çərçivəsində məqsədimiz Göygöl rayonunda 9,10,11-ci sinif istedadlı şagirdlərin liderliklərini üzə çıxarmaqdı.

 

Elnur Vahidoğlu