Qazax rayonu ərazisində yerləşən Damcılı mağara düşərgəsində növbəti tədqiqat işləri aparılır. Bu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanan üçtərəfli memoranduma əsasən reallaşıb. Qazıntı işləri zamanı qədim dövrə aid xeyli sayda maddi-mədəniyyət nümunələri aşkar edilib. Belə ki, mezolit dövrünə aid bəzək əşyaları, vəhşi heyvan sümükləri tapılıb. Məqsəd Damcılı mağara düşərgəsində qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənməkdir. Yerli və yapon mütəxəssislərin birgə işi zamanı tapılan maddi nümunələr üzərində araşdırmalar aparılır. Qazıntı işləri təxminən 10 metrə yaxın dərinlikdə aparılır. Eyni zamanda qazıntı gedən yerlərdə müxtəlif dövrlərin adı qeyd olunmuş lövhələr də asılır. Burada tapılan nümunələr sərgi şəkilində də təqdim olunur. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. Qoruğun iş prinsipi abidələr haqqında məlumat toplamaq, abidələrin qorunması, toxunulmazlığı və bərpasını təmin etməkdir. Qoruğun ərazisində 56 tarixi abidə qeydiyyata alınıb ki, bunlardan 1-i dünya, 31-i ölkə, 24-ü isə yerli əhəmiyyətlidir.
Mənsur Mənsurov - arxeoloq: Bu ekspedisyanın məqəsdi odur ki o dövrləri laylarda açmaq ən başlıcası isə burada problem insanların mezolitdən neolitə keçid dövründə heyvanların əhəlləşdirilməsi və onların evtikintilərini alət qruplarını eləcədə əkinçiliyə başlamlarını dövrlərini burada tutmaq olub.
Natiq Hüseyn
- Baxış: 462