KepezTV Player
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Şəmkir rayonunda, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Qazax və Ağstafa, Ruslan Əliyev isə Tovuz rayonlarında vətəndaşların qəbulunu keçiriblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Natiq Hüseyn
- Baxış: 590