KepezTV Player
Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisinə düşən hissəsində bir nəfər çimərkən boğulub. Dənizdə batan şəxs Xaçmaz şəhər sakini, 27 yaşlı Pənah Əhmədovdur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu gəncin axtarışlarına cəlb olunub. Gəncin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 564