Bu il Ağstafa rayonunda günəbaxan sahələri məhsuldarlığı ilə seçilir. Fermerlər bol məhsul götürmək üçün bütün aqrotexniki qaydalara tam əməl edirlər. Əvvəlki illərdə ən böyük çətinlik su ilə bağlı yaşanırdısa, cari ilə bu problem də arxada qalıb.
Ağstafa rayonunda günəbaxan sahələrində növbəti suvarma prosesi aparılır. İstehsalçılar məhsul bol olarsa, gələcəkdə sahələri bir qədər də genişləndirməyi planlaşdırırlar.
Sarı Maşayev - istehsalçı: Öz pay torpağımda 10 hektar günəbaxan əkmişəm. Həmin günəbaxanı ailə üzvlərimlə birlikdə becərmişəm. İndi də hal-hazırda ikinci suyunu verirəm.
Ağstafa Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, suvarma işləri hazırda rayonun bütün ərazilərində aparılır. Bu baxımdan heç bir problem yaşanmır. Bundan əlavə, dövlətin dəstəyi də fermerlərin bu sahəyə marağını getdikcə artırır.
Çingiz Məmmədov - Ağstafa DAİM-in sektor müdiri: Fermerlərin yaxşı məhsul əldə etməsi üçün üçüncü suvarma aparılacaq. Üçüncü suvarmadan sonar, avqust ayından biçinə başlanılcaq. Sahələrdə məhsuldarlıq təxminən 20 sentner gözlənilir.
2018-ci ildə rayon ərazisində1236 hektar sahədə günəbaxan əkilib. Hər hektardan17,8 ton məhsul götürülüb. Hazırda isə 1923 hektarda bu bitki əkilib. Bu il məhsuldarlığın bir qədər artacağı gözlənilir.
Natiq Hüseyn
- Baxış: 1424