Gəncədə su və kanalizasiya sisteminin yenilənməsi layihəsinin dördüncü mərhələsi yekunlaşır. Bu mərhələdə podratçı şirkət tərəfindən 195 km məsafədə iri borular quraşdırılıb, 180 km uzunluğunda su şəbəkəsi çəkilib. Qalan işlərin isə tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.
Gəncədə su-kanalizasiya şəbəkəsinin yenilənməsi layihəsinin dördüncü mərhələsinin icrasına 2017-ci ilin mayından başlanılıb. Bu vaxtadək Şəmkirçay və Qızılqaya su mənbələrindən şəhərə 820 mm-lik polad boruların çəkilişi tam yekunlaşıb. Bundan başqa Gəncənin ən böyük prospekt və küçələrinə 710 mm-lik politilen borularla magistral kəmərlər də çəkilib. Paralel olaraq iriölçülü qidalandırıcı su xətlərinin, əsas su kollektoru və kanalizasiya xətlərinin çəkilməsi işləri da başa çatıb. Həmçinin podratçı şirkət tərəfindən layihənin əhatə etdiyi köməkçi xətlər çəkilib və birləşdirmə işləri görülür. IV mərhələ yekunlaşdıqdan sonra şəhər əhalisinin 80 min nəfərlik hissəsi yeni içməli su və kanalzasiya şəbəkəsindən istifadə edə biləcək.
Orxan Abdullayev - layihənin baş topoqrafı: Gəncə şəhərinin ən böyük küçələrindən biri olan Nəriman Nərimanov küçəsində boru qurraşdırma işləri başa çatıb. Hazırda ev birrəşmələri və digər xırda işləri görülür. Hissə-hissə küçənin asfaltlanma işləri də görüləcəkdir. Cumhuriyyət prospekti, Mirzə Abbas Abbaszadə, Bəxtiyar Əliyev və digər küçə və prospektlərdə işlərimiz aktiv olaraq davam edir. Vətəndaşlardan bu yaratdığımız müvəqqəti narahatçılığa görə üzr istəyirik. Amma məqsədimiz Gəncə şəhərinin hrə bir vətəndaşını təmiz içməli su ilə yeni kanalzasiya şəbəkəsi ilə təmin etməkdir.
Dördüncü mərhələ çərçivəsində Cavadxan qəsəbəsində həcmi 5 min kub metr olan ehtiyat su anbarının tikintisi də yekunlaşıb. Anbardan şəbəkəyə qoşulmaq üçün uzunluğu 3 km-ə yaxın 400-500 mm-lik magistral su xətləri də çəkilib. Bu anbara yığılan içməli sudan Gəncə şəhərinin 70 min nəfər əhalisinin istifadə etməsi nəzərdə tutulub. Layihə çərçivəsində Samux rayonunda çirkab suların təmizlənməsi üçün qurğular kompleksi də inşa olunacaq. Burada təmizlənəcək su texniki məqsədlər üçün istifadə ediləcək.
Elnur Vahidoğlu
- Baxış: 763