Gəncənin istirahət guşələrində, park və xiyabanlarında ümumşəhər iməcliyi keçirilib. İməclikdə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri, park xidmətçiləri iştirak ediblər. Ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb. Parklarda olan fantanlar da aksiya iştirakçıları tərəfindən təzmilənərək, suyu yenilənib. İməclik sabah da davam edəcək.
Məzahir Həsənov - parkın aqronomu: Mütamadi olaraq hər şənbə və bazar günləri bu işləri görürük. Həftənin digər günlərində də biz öz işimizi davam etdiririk. Yay aylarında buranın tez-tez suvarırıq. Həmdə hava isti olduğundan ağaclara qulluq olunmalıdır. Qazonların içinin təmizlənməsini, biçilib suvarılmasını edirik ki, yayda yaşıllıqda problem olmasın.
- Baxış: 337