Həkimlər isti havalarda vətəndaşları daha diqqətli olmağa çağırırlar. Günvurma və istivurma hallarının baş verməməsi üçün yay aylarında bir çox məqamlara xüsusi nəzər yetirmək lazımdır. Sıradakı süjetimiz məhz həmin məqamlarla bağlıdır, izləyək...
Həkimlər yaşlıların, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin və azyaşlıların havanın hərarəti yüksək olduğu günlərdə müəyyən saatlarda açıq günəş şüaları altında olmalarını məqsədəuyğun hesab etmirlər. Belə insanların istiyə dözümlülüyü az olduğundan, onların səhhətində ciddi problemlər yarana bilər. Belə hallardan qorunmaq üçün isə...
Mütəxəssislər günvurma və ya istivurma kimi hallar baş verdikdə, vaxt itirmədən dərhal həkimə müraciət etməyin vacibliyini xüsusi vurğulayırlar.
Bu günədək Gəncə şəhər TTTYS-yə günvurma və istivurma ilə bağlı müraciətlər daxil olmayıb.
Elton Cabbarlı
- Baxış: 356