KepezTV Player
Şəmkirdə qətl hadisəsi baş verib. Ötən gün gecə saatlarında Şəmkir şəhəri, Səttarxan küçəsi, 21 ünvanında yaşayan 20 yaşlı Ayxan Zamanov yaşadıqları evin həyətində yerləşən hamada bibisi Aynurə Zamanovaya mətbəx bıçağı ilə çoxsaylı zərbələr vurub. 39 yaşlı qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilib. Ayxan Zamanov saxlanılıb. Mərhumun bir övladı var. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 1191