Gədəbəy rayonunda «I Beynəlxalq yay düşərgəsi” çərçivəsində “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil olunub. Tədbirdə rayon rəsmiləri, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nümayəndələri, N saylı hərbi hissəsinin şəxsi heyəti iştirak edib. «I Beynəlxalq yay düşərgəsinin” əhəmiyyətindən danışılıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların istedadının üzə çıxarılması və dəstəklənməsi, ölkəmizdə təsviri sənətin inkişafı istiqamətində belə tədbirlərin rolu xüsusi vurğulanıb. “Səni vətən çağırır”, “Mədəniyyət və silahlı qüvvələr”, “Əsgər salamı” adlı məruzələr səsləndirilib. Bədii hissədə Gədəbəy Aşıq Məktəbinin şagirdlərinin ifaları maraqla qarşılanıb. Əsgərlər səsvermə yolu ilə rəsm əsərlərini qiymətləndiriblər, qaliblər mükafatlandırılıblar. Tədbir çərçivəsində Müdafiə Nazirliyi tərəfindən “Əsgərə məktub” adlı layihə keçirilib. Sonda Heydər Əliyev parkında “Cavad Xan” filmi nümayiş olunub.
Natiq Hüseyn
- Baxış: 535