KepezTV Player
Gədəbəydə 23.5 km. uzunluğa malik Gədəbəy-Novosaratovka-Qaravəlilər-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun normativ eni almaq üçün qaya tipli süxurların mexanizmlə xırdalanması və daşınması təmin olunub, bəzi hisslərdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib. Torpaq yatağı profilə salınaraq yol əsasının inşası işləri aparılıb. Hazırda yolun 140 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.
- Baxış: 587