Hər il minlərlə yerli və xarici qonaqların üz tutuğu məkanlardan biri də əsrarəngiz Göygöl Milli Parkıdır. Bura gələn turistlərin milli parkla yaxından tanış olması və füsunkar təbiətdən zövq almaları üçün 10 istiqamətdə ekoturist marşrutları təklif olunur.
94 ildir fəaliyyət göstərən Göygöl Milli Parkı Azərbaycan təbiətinin rəngarəngliyi, zənginliyi və əzəmətindən xəbər verən təbii gözəlliklərdən biridir. Flora və faunası ilə göz oxşayan park daim yerli və xarici ziyarətçiləri özünə cəlb etməklə yanaşı, əsrarəngizliyinə görə dünyanın gözəl gölləri sırasında yer alır. 12755 hektar ərazini əhatə edən milli parkda Göygöllə yanaşı 10-a yaxın gölün füsunkarlığı ilə tanış olmaq üçün ekoturist marşurutları fəaliyyət göstərir. Bu da turistlərin milli parkın bütün gözəlliyini görməsinə hərtərəfli imkan yaradır.
Bu il təbiət möcüzəsini görmək üçün qonşu dövlətlərlə yanaşı, ABŞ, Kanada, Avropa ölkələri, Ərəbistandan gələn turistlərin sayı çoxluq təşkil edir.
2008-ci il aprelin 1-də Milli Park statusu alan ərazinin 5094 hektarı meşəlik, yerdə qalanıdüzənlikdir. 109 hektar isə göllərin payına düşür.
- Baxış: 735