KepezTV Player
Göygöldə təlim-məşq toplanışında olan yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komanda hazırlığın növbəti mərhələsindədir. Məşqçilər korpusu yığmanın üzvlərini döşək məşqləri və müxtəlif təmrinli fiziki çalışmalarla yanaşı, kross qaçışında da sınayırlar. Yeniyetmə pəhləvanlar Göygöldən start götürən yürüşdə Maralgölədək 7 km məsafə qət ediblər. 20-dən çox güləşçi mənzərəli dağ yollarını keçməklə təyin olunan yerə çatıblar. Kross qaçışının sonunda idmançılar öz çəkilərindəki komanda yoldaşları ilə müəyyən texniki fəndləri yerinə yetiriblər.
Orxan Cəfərzadə
- Baxış: 635