İtaliyanın Faenza şəhərində keçirilən qitə yarışında 55 kq çəki dərəcəsində mübarizə aparan Bayramov Apennin yarımadasında millimizin aktivinə medal qazandıran 7 güləşçidən biri olub. Belarus və Gürcüstan təmsilçilərinə qalib gələn pəhləvanımız yarımfinalda Türkiyə idmançısına məğlub olaraq ümidini bürünc medala bağlayıb. 3-cü yer uğrunda görüşdə isə Zirəddinin rəqibi erməni güləşçisi olub. O, gedişatda hesabda geri olsa da, son saniyələrdə əldə etdiyi xallarla rəqibini məğlub etməyi bacarıb.
Zirəddin Bayramov bürünc medalçı: Avropa çempionatında 4 görüş keçirdim. Belarus Gürcü Türk və Erməni güləşçiləri ilə qarşılaşdım. Yarımfinalda Türkiyə güləşçisinə məğlub olduqdan sonra 3-5 ci yerlər uğrunda mübarizədə Erməni idmançısına 8-6 hesabı ilə qalib gəldim. Qarşıdan gələn Dünya çepmpionatına hazırlaşırıq. Istəyirəm bayrağımızı ən yüksək zirvəyə qaldırım.
Ölkə çempionatının, beynəlxalq turnirlərin qalibi olan Zirəddin Bayramovun məşqçisi uğurların davamlı olacağına əmindir.
Elçin Həsənov məşqçi: 3-cü yer qazanmaqla bizə yeni yol açıldı. Dünya çepmpionatına lisenziya qazanıldı. İnşallah gələn ay keçirilən dünya çepmpionatına yola düşüləcək. Biz inanırıq ki Zirəddin Bayramov orada qızıl medalla Azərbaycana dönəcək. Bu uğuru ilə bizləri məşqçiləri eləcədə digər idman sahəsində çalışanları sevindirəcək.
Avropa üçüncüsünü qarşılayanlar da Şəmkir idmançılarının beynəlxalq arenada uğurlarının ardının gələcəyinə əmindirlər. Son illərdə rayonda idmanın müxtəlif növləri üzrə əldə edilən nəticələr bunu bir daha təsdiqləyir. Sonda Zirəddin Bayramova Şəmkir rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.
- Baxış: 1026