Ölkədə kənd təsərrüfatının təkminləşdirilməsi və inkişafı istiqamətində yaradılan Elektron Kənd Təsərrüfatı Sisteminə təsərrüfatçılar ciddi maraq göstərir. Respublikanın aqrar vəziyyəti ilə bağlı vahid bazadan məlumat əldə etmək imkanı verən Sistem, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə işlərini daha səmərəli qurmağa və istehsal etdikləri məhsuldan yüksək mənfəət əldə etmək imkanı yaradıb. Sistemin fəaliyyəti həmçinin ölkədə bu sahə üzrə fəaliyyət göstərən digər istehsalçılara istehsal etdikləri məhsullar, əkin sahələrinin miqdarı, ümumiyyətlə əkinlərin konyukturasını müəyyən etmək üçün və respublikada kənd təsərrüfatı siyasətini həyata keçirməkdə dolğun informasiya verir. Bu günədək respublika üzrə 300 mindən artıq fermer və təsərrüfatçı elektron sistemdə qeydiyyatdan keçərək, şəxsi kabinetə malik olub. Proses Samuxda da icra olunur. Rayonda fəaliyyət göstərən 7 mindən çox fermerin 6961-i Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatdan keçərək şəxsi kabinet yaradıb.
Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru:İstehsalçıların istehsal etdikləri məhsulların bazaryönümlü və təlabata uyğun olması üçün bu çox vacib bir məsələdir. Sözsüz ki, bu ilkin başlanğıcdı, müəyyən nöqsan və qüsurlar da olacaqdı. Qısa müddətdə biz çalışacayıq ki, bu problemləri aradan qaldıraq ki, kamil bir sistemə keçsin. Sözsüz ki, fermerlərin mariflənməsi, bu elektron kənd təsərrüfatı sistemindən istifadə qaydası, öz kabinetlərindən istifadə imkanları artdıqca, sistemin önəmidə yüksələcəkdi.
- Baxış: 917