Yəqin ki, təbiət qoynuna gedərkən ətrafımız təmiz olan yerdə istirahət etməyə üstünlük veririk. Estetik gözəlliyin yaratdığı mənəvi rahatlıq təəssüf ki, həmişə biz istədimiz kimi alınmır. Elə bizlərin sayəsində. Əməkdaşmız Xaliq Qurbanlı da Göygöl meşələrində ətrafı çirkləndirəndirlənlər və onları gözləyən cərimələri haqqında məlumat verəcək. İzləyək.
Hazirda durduğumuz ərazi Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssiəsinin meşə zolağının bir hissəsidir. Ərazidə fəaliyyət göstərən iaşə və xidmət sahələrini, eləcədə meşə massivində fərdi qaydada istirahət edən insanların fəaliyyəti gördüyünüz bu mənzərəni ortaya çıxardıb. Hərçənd ki, təbiətin qorunması və mühafizə edilməsi hər birimizin mənəvi borcumuzdur.
İsti yaya günlərində Gəncə və ətraf bölgələrin, eləcə də xarici qonaqların üz tutuqları məkanlardan biri də əsrarəngiz Göygöl meşələridir. Sıx ağacları və təmiz havası ilə insana zövq verən bu məkan bəzi sahibkarlıq subyektlərinin və fərdi şəxslərin dırnaqarası fəaliyyəti nəticəsində çirkləndirilir. Ərazinin ekoloji tarazlığının pozulması ilə nəticələnən bu addım, həm də flora və faunaya mənfi təsir edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan maarifləndiric söhbətlər və tətbiq olunan cəza və cərimələrə baxmayaraq təbiətə qarşı laqeyid olanlara hələ də rast gəlinir.
İradə İbrahimova - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri “ Tullantıların hara gəldi atılması və düzgün idarə edilməsəməsi günümüzün ən aktual məsələlərindən biridir və bu bizi çox narahat edir. İnsanların ən çox üz tutuqaları istirahət məkanlarında, təbiət ərazilərində belə hallar çox müşahidə edilir. Aparılan araşdrımalar zaman meşə zolaqlrında, çaylarda və dəniz sahilində sahibkarların və insanların zibilləri hara gəldi atmasına kifayət qədər rast gəlinir. Biz bu problemi hamılıqla həll etməliyik bu iş tək cərimələrlə yekunlaşmamalıdır.
Məişət tullantıları ilə çirklənən ərazidə qurumun əməkdaşları tərəfindən araşdırmalar başlanılıb. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq fiziki şəxslər 500-800, vəzifəli şəxslər 2 mindən 3 min manatadək, hüquqi şəxsləri isə 6 min manatdan 8 min manata qədər çərimə sanksiyası gözləyir.
Ərazidə apardığımız müşahidələr zamanı meşə zolağında kifayət qədər ocaq izlərində rast gəlinir ki, buda ərazidə yanğın təhlükəsizliyi qaydalarına o qədərdə də riayət olunmamasının göstəriricidir. Aidiyyatı qurumlar isə xəbərdarlıq edərək bildiri ki, əraziyə istirahət məqsədilə gələnlər açıq alovlara nəzarət edilməli və buradan gedərkən mütləq tonaqllar söndürülməlidir. Əks təqdirdə meşə zolağında yağın qaçılmaz ola bilər.
Xaliq Qurbanlı
- Baxış: 647