2019-cu il özünüməşğulluq proqramının icrası ilə əlaqədar olaraq Samux rayonunda təlimlərə start verilib. Qrup şəklində keçirilən təlimlərə rayon üzrə işsiz və işaxtaran 47 nəfər cəlb olunub. Dərslərdə əsasən biznesə başlamaq və işi təkmilləşdirmək istiqamətində bilgilər verilir. İştirakçılar dövlət tərəfindən veriləcək müxtəlif aktivlərin daha səmərəli istifadəsi ilə bağlı təlimatlandırılıblar. Təlimləri uğurla başa vuranlar bu ilin sonuna qədər aktivlərlə təmin olunacaqlar. Bu il Samux rayonunda əsaəsn kənd təsərrüfatı sahəsini əhatə edən aktivlərin verilməsi planlaşdırılır. Özünüməşğulluq proqramı çərçivəsində 2018-ci ildə rayon ərazisində 50 nəfərin layihəsi uğurlu sayılıb, onlara xidmət və kənd təsərrüfatı sahəsini əhatə edən aktivlər verilib.
Rövşən Dostumalıyev təlimçi:Maldarlıqla məşğul olanlar iki südlük inək verilir ki, onlarda il ərzində 3 min 600 litr süd satışa çıxarılır. Və verilən iki danada böyüdülərək 8 aylığında satışa çıxarılır. Veriləcək aktivlər içərinsində isə 20 qoyun və bir törədici erkək verilir. Bunlarda layhə çərçivəsində il ərzində 75 kiloqram pendir əldə etmək və kiçik sürüdən əldə olunacaq 20 quzunu satışa çıxara bilərlər. Ümumlikdə bu aktivlərdən yaralanalr il ərzində 3 min 790 manat gəlir əldə edə biləcəklər.
- Baxış: 596