KepezTV Player
Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyi Gəncədə qeyd olunub. Qurumun katibi Sərdar Cəlalov çıxış edərək Azərbaycan incəsənətində və musiqisində Gəncə şəhərinin xüsusi rolunun olduğunu bildirib. Bu qədim şəhərdə dünya şöhrətli Fikrət Əmirov, Qəmbər Hüseynli kimi bəsətəkarların yetişdiyi və onların əsərlərinin hələ də Azərbaycanla yanaşı, Avropada, Amerikada, eləcə də Asiya ölkələrində sevildiyinə diqqət çəkilib. Gəncə Dövlət Filarmoniyasının orkestri tərəfindən Gəncənin gənc bəsətəkarlarının əsərlərin və klassik musiqilər ifa olunub. Musiqisevərlərin zövqünü oxşayan opera müğənnilərinin çıxışları alqışlarla qarşılanıb.
- Baxış: 467