Milli Qurtuluş Günü Göygöl rayonunun Qızılqaya qəsəbəsinin sakinləri üçün ikiqat bayram olub. Çünki sözügedən qəsəbədə yeni abad məhəllə yaradılıb. Ötən əsrin 50-ci illərində salınan və 1060 ailənin yaşadığı qəsəbədə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib. Mövcud olan ikimərtəbəli çoxmənzilli 7 binanın fasadı təmir olunub, dam örtükləri yenilənib. Qəsəbənin daxili yolları asflatlanıb. Sakinlərə göstərilən komunal xidmətlərin keyfiyyəti yüksəlib. Yaşıllıq sahələri genişləndirilib. Qısa vaxtda 100-lərlə yeni ağac və gül kolları əkilib. Gecə işıqlandırma sistemi müasir tələblər səviyyəsində qurulub. Balacaların istirahəti üçün atraksionlar qoyulub. Abad məhəllənin açılış mərasimində çıxış edənlər sakinləri təbrik edib, xoş günlər arzulanıb. Qızılqaya qəsəbəsində infrstaruktur layihələrin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb. Tədbirdə sakinlərin təklif və müraciətləri də dinlənilib. Rəsmi hissədən sonra rayon rəhbərliyi qəsəbəni gəzib yaradılan şəraitlə tanış olub.
Təranə Xasıyeva sakin: Gözəl səkilər salınıb. Küçələr yenidən asfaltlanıb. Uşaqların istirahəti üçün meydança yaradılıb. Sakinlər çox razıdır. Məndə sakinlərin adından burada əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm.
- Baxış: 1012