• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1350
— 14.06.2019 20:11

Arpa biçini yarılandı, növbədə buğda yığımıdır

KepezTV Player

2019-cu ilin məhsulu üçün Goranboyda 19 min 735 hektar sahədə dənli bitgilərin səpini aparılıb. 11 min 500 hektarında arpa, 8 min 500 hektarda isə buğda əkilib. Hazırda sahələrdə biçin kompaniyası aparılır.

Biçin kompaniyasını mütəşəkkil təşkil etmək üçün ətraf rayonların aqrolizinqlərindən də kombaynlar cəlb olunub. Biçin zamanı kombayınların dislokasiyasının növbəlilik əsasında təmin olunması məqsədilə rayonda xüsusi komissiya yaradılıb. Aparılan biçin arpa sahələrində 50 % yerinə yetirilib. Arpa yığımı başa çatdıqdan sonra zəmilərdən buğdanını yığımına start verilcəcək. Məhsuldarlıq fermerlərin ürəyincədir.

İnqilab Kazımov - fermer: Bu ilki məhsul ilində, 10 hektara yaxın dənli bitgi əkmişəm. Bundan 7 hektarı arpa, 3 hektarı isə buğdadır. Artıq arpa biçini yekunlaşıb, məhsuldarlıq arpada 25 sentnerdən biraz yuxarı olub. Buğa sahəsində məhsuldarlığı 30 sentner gözləyirik.

Nemət Əsgərov - fermer: 18 hektara yaxın arpa buğda əkmişəm. Biçin normal getdi arpanı sahədən yığdıq. Kombayında təşkil olundu yetəri qədər məhsulumuzu biçdik. Məhsuldarlıqda ürəkaçandır.

Goranboy Dövlət Aqrar İnkşaf Mərkəzindən verilən məlumata görə, arpa biçini aparlan sahələrin hər hektarından 25 sentner, buğdadan isə 30 sentner məhsul praqnozşadırılır. Biçinin optimal müddətdə və itgisiz başa vurmaq üçün tədbirlər görülür.

Ziyad Əhmədov - Goranboy DAİM-in direktoru: Rayonumzuda 64 ədəd taxıl biçən kombayın işləyir. Bnulardan 16 ədəd Goranboy Aqroliznqə məxsusudur, 14 kombayn isə nazirliyin tapşırığına əsasən ətraf bölgələrdən, Yevlaxdan, Şəmkirdən, Ağstafadan kömək məqsədilə gələnlərdir. Bu gün biçinlə əlaqədar heç bir problem yaşanmır. Qısa müddətdə əkdiyimiz dənli taxıl bitgilərinin biçinini həyata keçirəcəyik.

Biçindən sonra sahələrin yandırılmasının qarşısını almaq məqsədilə yerli bələdiyyələrə və icra nüməyndəliklərinə xüsusi tapşırıqlar verilib, fermerlərlə maarifləndirici görüşlər aparılır.