• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 14.06.2019 16:10

Qurtuluş gününün əhəmiyyəti vurğulanıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində 15 iyun “Milli Qurtuluş Günü”nə həsr edilən “ Müstəqilliyə gedən yol qurtuluşdan başlayır” adlı elmi-nəzəri konfrans keçirib. Qurtuluş gününün tarixi əhəmiyyətindən, xalqımızın və dövlətimizi taleyində bu günün dəyərindən danışılıb. 15 iyun Qurtuluş gününün xalqımızın tarixində ən şanlı səhifələrdən biri olduğunu bildirilib. Azərbaycanın müstəqillik tarixində müstəsna yeri olan 1993-cü ilin 15 iyun günü güclü və müasir Azərbaycanın təməlinin qoyulduğu gün olmaqla bərabər, həmçinin xalqın yeni fəlakətlərdən və parçlanmaqdan xilasının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin “Şah əsəri” olan müstəqil Azərbaycan Respublikası hər bir sahədə uğurla inkişaf edir və bu inkişaf prosesində Heydər Əliyevin parlaq şəxsiyyəti, dərin zəkası və uzaqgörənliyi daim görünür. Həmin dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətində səylərindən ətraflı söz açılıb.