• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 774
— 11.06.2019 16:39

İmpakt faktorlu jurnallara çıxış asanlaşır

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin tədqiqatla məşğul olan doktorant və müəllimlərinin elmi məqalələrinin impakt faktorlu jurnallarda çapında çətinlik yaşanmayacaq. Universitetin “Web of Science” platformasına qoşulması ilə elmi nəticələrin əhəmiyyətli xarici nəşrlərdə dərc olunması əlçatan olub. Platforması haqqında maarifləndirici seminarda “Web of Science”ın imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları izah edilib. Seminarın alimlər üçün qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olacağı vurğulanıb. Bu platformada elmi nəşrlərin aparıcı beynəlxalq məlumat bazası, eləcə də elmi istinadların və elmi tədqiqatların bir sıra məlumat bazaları yerləşir. Həmçinin təbiət, texnika, ictimai, humanitar və digər sahəvi elmlər üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyəsi öz əkisini tapıb.

Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.