10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar yaşıllaşdırma kompaniyası keçirib. Ekoloqlar şəhər sakinlərinə pulsuz müxtəlif meyvə və eldar şamı ağacları paylayıb. Vətəndaşlar tərəfindən böyük maraqla qarşılanan aksiya buna qədər bu ilni fevral və mart aylarında təşkil olunub. Həmin aksiyalar zamanı ümumilikdə 7 mindən çox ağac paylanılıb. Budəfəki aksiyada isə 3 mindən artıq ağac yaşıllıqsevərlərə verilib. Ağaclara düzgün aqrotexniki quluğun göstərilməsi ekoloqlar tərəfindən aksiya iştirakçılarına izah edilib. Ətraf mühitin mühafizəsi ilə əlaqədar idarənin əməkdaşları müxtəlif marifləndirici tədbirlər də həyata keçirib.
Natiq Bayramov - 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri: Ətraf mühitin mühafizəsi ilə bağlı tərəfimizdən daim marifləndirici işlər həyata keçirilir. Beləki təbiyyətin qorunması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidi. Təhsil ocaqları olsun digər, idarə müəsisələr olsun burada da hər zaman təbiətin və ətraf mühitin qorunub saxlanılması ilə bağlı idarənin əməkdaşları tərəfindən tədbirlər keçirilir.
- Baxış: 394