KepezTV Player
Bu il Göygölün taxıl sahələrində biçini minimum məhsul itgisi ilə vaxtında həyata keçirilmək üçün rayon aqrar inkişaf mərkəzi yanında operativ qərərgah yaradılıb. Prosesi mütəşəkil təşkili üçün 18 kombayn əvvəlcədən saz vəziyyətə gətirilib. İyunun 10-dan etibarən rayonda sahələrin biçilməsinə start veriləcək. Bu müddətədək daha 3 kombaynın təmiri yekunlaşdırılaraq biçin işlərinə qoşulacaq.
Rayonda 8 min hektardan çox əkinə yararlı torpaq sahəsi var ki, hər il orta hesabla 5 min 600 hektarında taxıl, 2300 hektarında arpa əkilir. Ötən il əkilən 8 min hektardan 20 min ton məhsul götürülüb. Bu il vaxtında aparılan aqrotexniki qulluq nəticəsində məhsulun daha bol olacağı gözlənilir.
- Baxış: 1038