• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 31.05.2019 12:09

Baytarlar xaricdən gətirilən cins malları müayinə edir

KepezTV Player

Xaricdən gətirilən cins düyələrin növbəti partiyası Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional Aqroservis və Təchizat Bazasına qəbul edilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Avstriya və Almaniyadan olan 148 baş düyə Simmental cinsdəndir. Bazanın ərazisində dezinfeksiya işləri aparıldıqdan sonra Gəncə Şəhər Baytarlıq İdarəsinin həkimləri damazlıq heyvanlardan brüselyoz, leykoz, xlomidoz və digər sereloji xəstəliklərə qarşı qan nümunələri götürüblər. Həmçinin dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Karantin müddəti başa çatdıqdan sonra heyvanlar satışa çıxarılacaq. Ölkəyə xaricdən ətlik və südlük-cins damazlıqlar 2009-cu ildən etibarən gətirilir. Təkcə bu il Gəncəyə 500-dən çox cins düyələr gətirilərək lizinq yolu ilə region fermerlərinə satılıb.

Xəyal Zeynalabdiyev - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: Bu gün seroloji müayinələrin aparılması üçün heyvanlardan qan nümunələri götürülür və dabaq xəstəliyi əlehinə proflaktik peyvəndləmə tədbiri də aparılır. Heyvanlar gəldikdən 30 gün müddətinə tərəfimizdən karantin elan olunub. Karantin müddəti başa çatdıqdan sonra heyvanların satışın aicazə veriləcəkdir.