KepezTV Player
Yerli olimpiya idman kompleksində məşq edən yığmamız hazırlığın ikinci həftəsindədir. Mayın 20-dən toplanışa başlayan komanda baş məşqçi Şaban Donatın rəhbərliyi altında çalışır. Hazırlıqda demək olar ki, millinin bütün aparıcı simaları iştirak edir. Geniş tərkibli toplanışa 8 çəkidə 23 güləşçi qatılıb. Gün ərzində 3 dəfə məşq edən güləşçilər əsasən fiziki göstəricilərin yaxşılaşdırılması üzərində çalışırlar. Bununla yanaşı taktiki-texniki hazırlığa diqqət yetirilir. Toplanış gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakterlidi. Xatırladaq ki, yunan-Roma güləşi millimiz son bir ayda ikinci dəfə Göygöldə məşq keçir. Hazırlıq prosesinə iyunun 1-də yekun vurulacaq.
Orxan Cəfərzadə
- Baxış: 770