Qaz təsərrüfatı ilə bağlı problemi olan region sakinləri Gəncədə bir araya gəlib. “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Gəncə, Goranboy, Göygöl Samux, Kəlbəcər və Xocalı sakinlərini narahat edən məsələləri dinləyib. Energetika Nazirliyinin Enerji Məsələlərinin tənzimlənməsi agentliyinin rəsmlərinin də iştirak etdiyi qəbulda vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xəttlərinin yerinin dəyişdirilməsi, borcla bağlı yaranan narazılıq və digər məsələlərlə bağlı olub. Birliyin baş direktoru Əkbər Hacıyev bütün müraciətləri fərdi qaydada dinləyib və qanunvericiliyə uyğun həlli barədə müvafiq sturkturların rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. “Azəriqaz”-ın səlahiyyətlərinə aid olmayan müraciətlər və araşdırma tələb edənlər isə qeydiyyata alınıb.
- Baxış: 598