Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Təbiəti Mühafizə Cəmiyyətinin üzvüləri təmzilik aksiyası keçiriblər. Bu dəfəfki iməclik Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində reallaşıb. Aksiya çərçivəsində ərazidə yığılıb qalan məişət tullantıları, balıq tutumaq üçün istifadə olunan torlar, şüşə və plastik qabların torbalara yığılaraq daşınması təmin olunub. Aksiya çərçivəsində çayqırağında balıq tutuan və əraziyə istirahət məqsədilə gələnlərlə ekoloji maarifləndirici söhbətlər aparılıb. Cəmiyyət üzvüləri Kür çayının sağ və sol sahilində biomüxtəlifliyin qorunması, eləcə də ərazinin təmiz saxlanılması üçün əhaliyə braşürlər də paylanılıb. Təbiəti Mühafizə Cəmiyyəti növbəti bu kimi aksiyasiyanı Yenikənd və Mingəçevir su anbarlarının sahil zolağında aparacaq.
- Baxış: 511