• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 09.05.2019 20:31

Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

KepezTV Player

Respublikada ilk dəfə olaraq baş tutacaq festival milli-mədəni dəyərlərimizi, tariximizi və bir sıra ənənələrimizi özündə əks etdirəcək. Festivalın iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları və ekoetnoturizm. Bundan başqa, festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə gəzintilər, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.