Dövlət İmtahan Mərkəzi tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirib. Proses bir neçə şəhər və rayonda, o cümlədən Gəncə və Şəmkirdə baş tutub. Hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilib, 45 dəqiqə vaxt verilib. Nəticələr "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda iştirak üçün Şəmkirdə 340, Gəncədə isə 1068 abituriyentin qeydiyyatdan keçmişdi. Bu imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, nisbi balı 50-dən az olan cari ilin məzunları mayın 26-da keçirilən ikinci imtahanda iştirak etmək üçün mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
- Baxış: 697