KepezTV Player
Yerli olimpiya idman kompleksində qarşıdakı yarışlara hazırlaşan güləşçilər gündə 3 dəfə məşq edirlər. Yığmanın tərkibində 30 güləşçi yer alıb. Komandanın aparıcı simalarından Rəsul Çunayev və Sabah Şəriəti müəyyən səbəblərdən məşqlərə qatılmayıblar. Əsasən fiziki hazırlığın yaxşılaşdırılmasına yönələn toplanış mayın 8-dək sürəcək. Xatırladaq ki, bu il güləşçilərimizi iyun ayında Belarusda keçiriləcək Avropa Oyunları və sentyabrda Qazaxıstanda təşkil olunacaq dünya çempionatı gözləyir.
Orxan Cəfərzadə
- Baxış: 706