Ötən il Kəlbəcər rayonundan olan 103 nəfər az təminatlı və imtiyazlı vətəndaş özünüməşğulluq proqramı çərçivəsində "Öz biznesini başla" adlı təlimlərə cəlb olunub. Bu ilin əvvəlindən həmin sakinlərdən 68-nə aktivlər verilib, qalan iştirakçılar isə tez bir zamanda öz aktivlərini ala biləcəklər. Bu ilin 3 ayı ərzində keçirilən təlimlər isə başa çatıb.
İlhamə Məmmədova Kəlbəcər rayon sakini: 2016-cı ildə mən Kəlbəcər rayon Məşğulluq Mərkəzinə müraciət elədim, orada mənim müraciətimi nəzərə aldılar. 2018-ci ildə təlim kursları başladı məni ora dəvət elədilər. Mən o kurslardan uğurla keçdim.
15 ilə yaxındır dərzi işləyən İlhamə Məmmədova təlimin nəticəsi olaraq tikiş avadanlıqları ilə təmin edilib. 5 min manat civarında yeni avadanlıqlar alan məcburi köçkün Gəncənin Gülüstan qəsəbəsində öz biznesinə başlayıb.
İlhamə Məmmədova Kəlbəcər rayon sakini: :Yoldaşım da mənə bu işdə dəstəkdi. Gələckdə düşünürəm ki, böyük sex açam, işçi tutam ailə büdcəmiz genişlənə daha böyük pul əldə edim.
Kəlbəcər rayon Təkəqaya kənd sakini 39 yaşlı Vurğun İsmayılov isə proqram çərçivəsində dəyəri 3 min manata çatan 4 baş düyə alıb.
Vurğun İsmayılov Kəlbəcər rayon sakini: Sağıb südçülük, kökəltmək kimi istifadə edib gələckdə artırmaq məqsədi ilə məşğulluq mərkəzinə bu proqrama müraciət elədim. 4 baş düyə verdilər, hazırda da saxlayıram.
Ötən il Kəlbəcər rayon Məşğulluq Mərkəzində 402 nəfər işsiz və işaxtaran qeydiyyata alınıb. Onlardan 45--i müxtəlif idarə və təşkilatlarda işlə təmin olunub. Özünüməşğulluq proqramına qoşulan 103 nəfərdən 64 nəfəri kənd təsərrüfatı, 4 nəfər isə xidmət sahəsində özünə iş qurub.
Vüsal Qarayev Kəlbəcər Rayon Məşğulluq Mərkəzinin direktoru: Yenidən 2019-cu ilin birinci rübünə dair 16 nəfər kənd təsərrüaftı üzrə kurslara cəlb edilib. Onlar kursu bitirib və imtahan verməyi gözləyirlər. Yenə 16 nəfər kənd təsərrüfatı üzrə, 10 nəfər isə xidmət sahəsi üzrə kurslarımız bu yaxın günlərdə başlanılacaqdı.
Bundan başqa bu ilin 3 ayı ərzində mərkəzə müraciət edən 45 nəfərlə maarifləndirici söhbətlər aparılıb, vakant yerlərlə bağlı göndərişlər verilib. Hazırda Kəlbəcər rayon Məşğulluq mərkəzində1487 nəfər işsiz və iş axtaran vətəndaş qeydiyyatdadır.
- Baxış: 571